UEFA Konfrans Liqası: “Qarabağ” - “Marsel” komandalarının start heyətləri açıqlanıb
Fevralın 24-də UEFA Konfrans Liqasının pley-off mərhələsində üz-üzə gələcək Ağdamın “Qarabağ” və Fransanın “Marsel” klublarının start heyətləri açıqlanıb.

Bakı vaxtı ilə saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçda Ağdam təmsilçisinin heyətində meydana Luka Quqeşaşvili, Qara Qarayev, Maksim Medvedev, Patrik Andrade, Abdullah Zubir, Filip Ozobiç, Kadi Borges, İbrahima Vadji, Toral Bayramov, Marko Veşoviç və Kevin Medina meydana çıxacaqlar.

“Marsel”in ilk onbirliyində isə Stiv Mandanda, Vilyam Saliba, Bubakar Kamara, Matteo Genduzi, Dmitri Payet, Bamba Dyenq, Sedrik Bakambu, Luan Peres, Due Çaleta-Tsar, Valenten Ronjye və Pap Quye yer alıblar.

Qarşılaşmanı monteneqrolu hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Bartoş Frankovski olacaq. Martsin Boniek və Yakub Vinkler köməkçi hakimlərdir. Dördüncü hakim funksiyasını Kjiştof Yakubik yerinə yetirəcək.

Xatırladaq ki, Marseldə keçirilən ilk oyunda Fransa təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.

Xəbər 481 dəfə oxundu.