Akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatı start götürüb
Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatı start götürüb.

Yarışda “Ocaq Sport” klubu, Bakı Gimnastika Məktəbi, “Neftçi” idman klubu, Sumqayıt Olimpiya İdman Kompleksi və Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbindən 41 idmançı iştirak edir.

İki gün davam edəcək yarışda qadın, kişi, qarışıq cütlüklər və qadın qrupları medallar uğrunda çoxnövçülükdə mübarizə aparacaqlar.

Yarış Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun və tamaşaçı iştirakı olmadan keçirilir.

Xəbər 529 dəfə oxundu.