Kosova millisinə yeni baş məşqçi təyin olunub
Futbol üzrə Kosovo millisinə yeni baş məşqçi təyin olunub.

Komandanı Fransa yığmasının sabiq futbolçusu Alen Jiress çalışdıracaq.

Bu barədə Kosova Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yetmiş yaşlı mütəxəssislə 2023-cü ilin noyabrınadək müqavilə imzalanıb. Təcrübəli baş məşqçi bu vəzifədə Bernar Şallandı əvəzləyib.

1984-cü ildə Fransa seçməsinin heyətində Avropa çempionu olan Alan Jiress Gürcüstan, Qabon, Mali, Seneqal və Tunis yığmalarına da başçılıq edib.

Xəbər 267 dəfə oxundu.