Cüdoçumuzun “Böyük dəbilqə” turnirində tətbiq etdiyi fənd Beynəlxalq Cüdo Federasiyasının ən baxımlı 5 ipponu siyahısında yer alıb
İsrailin Təl-Əviv şəhərində keçirilən "Böyük dəbilqə" turnirində Beynəlxalq Cüdo Federasiyası ən baxımlı 5 ipponun siyahısını açıqlayıb.

Cüdoçumuz Yaşar Nəcəfovun tətbiq etdiyi fənd ən baxımlı 5 ippon siyahısında yer alıb.

Qeyd edək ki, idmançımızın yarımfinalda Monqolustan təmsilçisi Xerlen Qanbolda tətbiq etdiyi fənd xüsusi maraqla qarşılanıb.
Xatırladaq ki, “Böyük dəbilqə” turnirində Azərbaycanın cüdo komandası uğurla çıxış edərək 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb. Qızıl medalları komandamızın aktivinə Hidayət Heydərov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) yazdırıblar. Gümüş medala Yaşar Nəcəfov (66 kq), bürünc mükafata isə Zelim Kotsoyev (100 kq) sahib olublar.
Bununla da Azərbaycan komandası 34 ölkə arasında ümumi hesabda ikinci, kişilərin mübarizəsində birinci yerə sahib olub.

Xəbər 302 dəfə oxundu.