Azərbaycan millisi növbəti dəfə Birləşmiş Ərəb Əmirliklərinin komandasına qalib gəlib
Bakıda təlim-məşq toplanışını başa vuran qadın futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 23-də növbəti yoldaşlıq oyununu keçirib.

“Dalğa Arena”da Birləşmiş Ərəb Əmirlikləri komandası ilə qarşılaşan millimiz 2:0 hesablı qələbə qazanıb.

Komandamızın heyətində Sevinc Cəfərzadə və Manə Mollayevə fərqləniblər.

Xatırladaq ki, komandalar arasında fevralın 20-də keçirilmiş ilk oyun 4:0 hesabı ilə millimizin xeyrinə nəticələnmişdi.

Xəbər 415 dəfə oxundu.