Duşan Vlahoviç UEFA Çempionlar Liqasında yeni uğura imza atıb
İtaliyanın “Yuventus” klubunun futbolçusu Duşan Vlahoviç UEFA Çempionlar Liqasında yeni uğura imza atıb.

22 yaşlı serbiyalı hücumçu şəxsi uğurunu İspaniyada “Vilyarreal”la səkkizdəbir final mərhələsinin ilk oyununda (1:1) gerçəkləşdirib.

Matçın 33-cü saniyəsində fərqlənən D.Vlahoviç, turnirdəki debüt matçında ən erkən ikinci qolun müəllifi kimi tarixə düşüb.

Daha əvvəl ukraynalı Yevgeni Konoplyanka 2015-ci ildə İspaniya “Sevilya”sında çıxış edərkən Münhenqaldbax “Borussiya”sına qarşı 84-cü dəqiqədə oyuna çıxdıqdan (3:0) 19 saniyə sonra qol vurmuşdu.

Xəbər 283 dəfə oxundu.