Azərbaycan təmsilçisi İtaliyada keçirilən dağ xizəyi yarışında üçüncü olub
Azərbaycan təmsilçisi İtaliyada keçirilən dağ xizəyi yarışında üçüncü olub
23.02.2022 [12:52]
Bakı, 23 fevral, AZƏRTAC

Azərbaycanı dağ xizəyi yarışlarında təmsil edən İlya Kostov İtaliyada 18-21 yaş kateqoriyasından olan gənc idmançılar arasında keçirilən Milli Gənclər Yarışında (National Junior Race) iştirak edib.

İdmançımız slalom üzrə yarışda 86,39 xal toplayıb. Təmsilçimiz bu nəticə ilə ümumi sıralamada 9-cu olsa da, öz yaş kateqoriyasından olan idmançılar arasında 3-cü yerə sahib olub.

Yarışda İtaliya, Fransa, Norveç və digər ölkələrdən 74 idmançı iştirak edib.

İlya Kostov Azərbaycanı dağ xizəyi üzrə yarışlarda 2021-ci ildən təmsil edir.

Xəbər 479 dəfə oxundu.