Bu gün Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək | |
Bakıda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununu keçirəcək. Millimiz hazırlıq çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri komandası ilə qarşılaşacaq. “Dalğa Arena”da keçiriləcək oyun saat 14:00-da başlayacaq. Komandalar arasında fevralın 20-də təşkil olunan oyunda yığmamız 4:0 hesablı qələbə qazanıb. |
|
Xəbər 513 dəfə oxundu. |
|
|