"Marsel" klubu "Qarabağ" ilə cavab oyunu üçün iştirak ərizəsini açıqlayıb
Fransanın "Marsel" klubu Ağdamın "Qarabağ" komandasına qarşı
keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün iştirak ərizəsini açıqlayıb.

Baş məşqçi Xorxe Sampaoli Bakıya 22 oyunçu ilə səfər etmək qərarına gəlib.

Heyətdə qapıçılar - Pau Lopes (İspaniya), Stiv Mandanda, Simon
Nqapanduetnbu, müdafiəçilər - Pol Lirola (İspaniya), Sead Kolaşinats (Bosniya və Herseqovina), Leonardo Balerdi, Alvaro (İspaniya), Vilyam Saliba, Luan Peres (Braziliya), Due Çaleta-Tsar (Xorvatiya), yarımmüdafiəçilər - Jerson (Braziliya), Pap Quye (Seneqal), Matteo Genduzi, Bubakar Kamara, (Argentina), Valenten Ronjye, hücumçular - Amin Arit (Mərakeş), Arkadiuş Milik (Polşa), Dimitri Payet, Bamba Dyenq (Seneqal), Sedrik Bakambu, Cengiz Ünder (Türkiyə) və Konrad De La Fuente (ABŞ) yer alıblar.
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika
stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.

Xəbər 288 dəfə oxundu.