Şahmatçılarımız Sloveniyada keçiriləcək Avropa çempionatında iştirak edəcəklər
Martın 27-dən aprelin 6-dək Sloveniyada şahmat üzrə Avropa çempionatı keçiriləcək.

Qitə çempionatında Azərbaycanın 7 şahmatçısının iştirakı planlaşdırılır. Yarışda təmsilçilərimizdən Qədir Hüseynov, Rauf Məmmədov, Nicat Abbasov, Eltac Səfərli, Read Səmədov, Gövhər Beydullayeva, Nicat Məmmədov mübarizə aparacaqlar.

On bir turdan ibarət turnir İsveçrə sistemi üzrə keçiriləcək. Çempionatda iştirak etmək üçün indiyədək qeydiyyatdan keçmiş 298 şahmatçının 128-i qrosmeysterdir.

Xəbər 277 dəfə oxundu.