Fransa təmsilçisi: "Qarabağ" - "Marsel" oyunu hər kəsin ağlındadır
UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda Ağdamın "Qarabağ" klubunun qonağı olacaq Fransanın "Marsel" komandası matçın hazırlığını davam etdirir.

Fransa təmsilçisi rəsmi tviter hesabında Bubakar Kamara və Leonardo Balerdinin məşqdən şəklini paylaşıb və bu sözləri yazıb: "Qarabağ" - "Marsel" oyunu hər kəsin ağlındadır".

Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq. Komandalar arasında Fransadakı ilk oyunda "Marsel" 3:1 hesabı ilə qalib gəlib.

Xəbər 273 dəfə oxundu.