“Qarabağ”ın futbolçusu Qara Qarayevə “İdman ustası” dərəcəsi təqdim edilib
Fevralın 22-də Ağdamın “Qarabağ” klubunun futbolçusu Qara Qarayevə “İdman ustası” dərəcəsi təqdim edilib.

Futbolçuya “İdman ustası” vəsiqəsini gənclər və idman nazirinin müavini Mariana Vasileva, müvafiq döş nişanını isə qurumun idman şöbəsinin müdiri Elnur Məmmədov təqdim ediblər.

Bu dərəcəyə layiq görüldüyü üçün minnətdarlığını bildirən Q.Qarayev nazir müavininə öz adı yazılmış futbolçu köynəyini hədiyyə edib.

Təqdimatda iştirak edən komandanın baş məşqçisi Qurban Qurbanovla da görüşən Mariana Vasileva UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində “Marsel”lə oyunda “Qarabağ”a uğurlar arzulayıb.

Xəbər 379 dəfə oxundu.