Azərbaycan Yüksək Liqasında növbəti turların keçirilmə yeri və vaxtı dəqiqləşib
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turların keçirilmə yeri və vaxtı dəqiqləşib.

Azsport.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, fevralın 23-də yeddinci turun matçları keçiriləcək. Günə saat 15:00-da “Neftçi” - MOİK qarşılaşması ilə start veriləcək. Ardınca saat 17:00-da “Ekspress” - “Murov” matçı başlayacaq.

Fevralın 27-də isə səkkizinci tur çərçivəsində ilk olaraq meydana “Sərhədçi” və “Neftçi” komandaları çıxacaqlar. Oyun saat 15:00-da başlayacaq. Bu qarşılaşmadan 2 saat sonra MOİK - “Ekspress” duelinə start veriləcək.

Hər iki turun oyunları “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun olaraq oyunlara azarkeş buraxılmır.

Xəbər 277 dəfə oxundu.