Yekaterinburqdakı diasporumuz güləş üzrə beynəlxalq turnir təşkil edib
Rusiyanın Yekaterinburq şəhərində Əməkdar idman ustası, dünya çempionu, Olimpiya Oyunlarının gümüş medalçısı Heydər Məmmədəliyev mükafatı uğrunda yunan-Roma güləşi üzrə 14-cü ənənəvi beynəlxalq turnir keçirilib.

Turniri təşkil edən “Azərbaycan-Ural” regional milli-mədəni ictimai təşkilatının təşəbbüsünü Sverdlovsk vilayətinin Bədən Tərbiyəsi və İdman Nazirliyi, Yekaterinburq Administrasiyasının bədən tərbiyəsi, idman və turizmin inkişafı üzrə idarəsi və Sverdlovsk vilayətinin güləş federasiyası dəstəkləyib.

İldən-ilə böyük maraq doğuran turnirdə Rusiyanın və qonşu ölkələrin rekord sayda gənc güləşçiləri yarışıblar. Qaliblərə mükafatları “Azərbaycan-Ural” regional milli-mədəni ictimai təşkilatının sədri Şahin Şıxlinski təqdim edib.

Qeyd edək ki, Avropa, dünya və Olimpiya çempionları fəxri qonaq qismində tədbirə qatılıblar.

Xəbər 261 dəfə oxundu.