"ASCO Arena"da seleksiya xarakterli oyunlar keçiriləcək
Fevralın 23-də və 25-də "ASCO Arena"da 2007-ci il təvəllüdlü futbolçular arasında seleksiya xarakterli oyunlar keçiriləcək.

Azsport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, oyunun əsas məqsədi 16 yaşadək futbolçulardan ibarət milli komandanın təlim-məşq toplanışına cəlb olunacaq heyətini formalaşdırmaqdır.

Xəbər 946 dəfə oxundu.