Bakıda UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun üçüncü modulu başlayıb
AFFA-nın təşkilatçılığı ilə Bakıda UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun üçüncü modulu başlayıb.

AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Firuz Abdulla “Sosial mediada ünsiyyət”, “Futbolun İnkişafı Fondu”nun (FİF) icraçı direktoru Tural Piriyev “Marketinq və komandanın idarə edilməsi” mövzusunda mühazirə oxuyublar.

İki gün davam edəcək kursda iştirakçılara AFFA-nın baş həkimi Vyaçeslav Xomenko "İdman tibbindəki yeniliklər və futbolçuların tez-tez rastlaşdıqları zədələr", AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuchlik isə "Oyun qaydaları, yeniliklər" və VAR protokolu ilə bağlı seminar keçəcək.

Xəbər 287 dəfə oxundu.