Qocyu-ryu karate-do üzrə respublika çempionatı və birinciliyi keçiriləcək
Fevralın 26-da Gənclər və İdman Nazirliyi və Azərbaycan Qocyu-Ryu Okinava Karate-do və Kempo Kobudo İdman Növləri Federasiyasının təşkilatçılığı ilə uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında qocyu-ryu karate-do üzrə 26-cı açıq respublika çempionatı və birinciliyi keçiriləcək.

“Şuşa ili”nə həsr ediləcək yarış Bakı İdman Sarayında baş tutacaq.

Bakı ilə yanaşı, ölkəmizin digər regionlarından da ən güclü idmançıların iştirakının nəzərdə tutulduğu respublika çempionatı və birinciliyi üç gün davam edəcək.

Qalib idmançılar yığma komandanın heyətində yer alaraq 2022-ci ildə keçiriləcək beynəlxalq turnirlərdə Azərbaycanı təmsil edəcəklər.

Xəbər 279 dəfə oxundu.