“Qəbələ”nin beş futbolçusu hazırlıq prosesində iştirak etmir
“Qəbələ”nin beş futbolçusu komandanın hazırlıq prosesində iştirak etmir.

Bərpa dövrünü başa vurduqdan sonra topla hazırlıq keçən Rüfət Əhmədov komanda ilə müəyyən məşqlərə qatılır.

Zədədən sonra bərpa dövrü keçən Ürfan Abbasov və Yaovi Akakpo fərdi hazırlıqla kifayətlənirlər.

İstanbulda əməliyyat olunduqdan sonra ölkəmizə dönən Gülağa Əsədov müalicəsini davam etdirir.

Mikrozədədən əziyyət çəkən Asif Məmmədovun durumuna sabah baş tutacaq müayinədən sonra tam aydınlıq gələcək.

Xəbər 275 dəfə oxundu.