Şamaxıda məktəblər arasında minifutbol turnirinə yekun vurulub
AFFA-nın təşkilatçılığı ilə Şamaxıda yerləşən məktəblərdə təhsil alan 11-12 yaşlı uşaqlar arasında keçirilən minifutbol turniri başa çatıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, 10 məktəbin qatıldığı turnirin finalında Avropa Liseyini 3:0 hesabı ilə məğlub edən 3 nömrəli tam orta məktəbin kollektivi turnirin qalibi olub.

Qalib komanda Şamaxı futbol məktəbinin koordinatoru Vəli Qasımov tərəfindən müxtəlif hədiyyələr və diplomlarla təltif edilib.

Xəbər 260 dəfə oxundu.