Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunun oyun cədvəli açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunun oyun cədvəli açıqlanıb.

Azsport.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, XVII turun oyunları iki gün ərzində keçiriləcək.

Tura fevralın 27-də saat 17:00-da başlayacaq “Sabah” - “Neftçi” matçı ilə start veriləcək. Görüş “Bank Respublika Arena”da oynanılacaq.

Həmin gün keçiriləcək “Sumqayıt” – “Qəbələ” oyunu isə saat 19:15-də başlayacaq. Komandalar “Kapital Bank Arena”da üz-üzə gələcəklər.

Fevralın 28-də “Səbail” klubu “ASCO Arena”da “Zirə” komandasını qəbul edəcək. Matç saat 17:00-da başlayacaq.

Tura həmin gün saat 19:15-də “ASK Arena”da keçiriləcək “Keşlə” – “Qarabağ” oyunu ilə yekun vurulacaq.

Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

On altı turdan sonra turnir cədvəlinə 36 xalla “Qarabağ” klubu başçılıq edir. Bir oyun az keçirən ağdamlıları 29 xalla “Qəbələ” klubu izləyir. “Zirə” 28 xalla üçüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq, “Neftçi” (25 xal), “Sabah” (20), “Keşlə” (14), “Sumqayıt” (13) və “Səbail” (11) yer alıblar.

Xəbər 525 dəfə oxundu.