Azərbaycan Super Liqasının səkkizinci turunun oyunları təxirə salınıb
Voleybol üzrə Azərbaycan Super Liqasının fevralın 22-də keçirilməli olan səkkizinci turunun oyunları - “Azərreyl” – “Abşeron” və UNEC – “Murov”un tarixi dəyişdirilib.

Azsport.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, buna səbəb “Azərreyl” və UNEC-in federasiyaya müraciət ünvanlaması səbəb olub.

Hər iki komandanın bir neçə əsas heyət oyunçusunun səhhətində problem yaranıb.

Həkim məsləhəti ilə bu oyunçular bir müddət məşq prosesindən kənar qalmalıdırlar.

Bu müraciət əsasında Azərbaycan Super Liqasının səkkizinci tur oyunları təxirə salınıb. Matçların tarixi və keçirilmə yeri ilə bağlı əlavə məlumat veriləcək.

Xəbər 289 dəfə oxundu.