Azərbaycan millisi yoldaşlıq oyununda qalib gəlib
Bakıda təlim-məşq toplanışını davam etdirən qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoldaşlıq oyununu keçirib.

“Dalğa Arena”da Birləşmiş Ərəb Əmirliklərinin komandası ilə qarşılaşan millimiz 4:0 hesablı qələbə qazanıb.

Peritan Bozdağın dubl etdiyi oyunda komandamızın digər qollarını penaltidən Kristina Bakaranadze və Vüsalə Seyfəddinova vurublar.

Komandalar arasında növbəti oyun fevralın 23-də keçiriləcək.

Xəbər 271 dəfə oxundu.