“İlhamlı Qələbələr” adlı idman festivalı çərçivəsində keçirilən stolüstü tennis turnirinin qalibləri müəyyənləşib
Qırx dörd günlük Vətən müharibəsində qazanılan böyük Zəfərə həsr edilmiş “İlhamlı Qələbələr” adlı idman festivalı çərçivəsində keçirilən stolüstü tennis turnirinin qalibləri müəyyənləşib.

“Şüa” idman-sağlamlıq kompleksində baş tutan turnirdə jurnalistlər və ictimaiyyətin tanınmış nümayəndələri mübarizə aparıblar.

Qadınların yarışında Məhluqə Nəsirova (“Brendsport.az”), kişilərin mübarizəsində isə Rəşad Qəmərşahoğlu (“Sportstman” jurnalı) qalib adlarını qazanıblar. Qazilər arasında təşkil olunan yarışda isə Elsevər Hüseynov birinci yeri tutub.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın əməkdaşı Ülkər Əliyeva turnirdə üçüncü yerdə qərarlaşıb.

Qaliblərə Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən pul mükafatları və hədiyyələr verilib.

Qeyd edək ki, festival çərçivəsində peyntbol, güllə atıcılığı və şahmat turnirlərinin təşkili də planlaşdırılır.

Xəbər 279 dəfə oxundu.