Azərbaycan cüdoçuları açıq Avropa turnirində iştirak edəcəklər
Fevralın 26-27-də Polşanın paytaxtı Varşavada cüdo üzrə açıq Avropa turniri keçiriləcək.

Yarışda Azərbaycan komandasının 13 üzvünün iştirakı planlaşdırılıb. Belə ki, turnirdə Əhməd Yusifov, Rövşən Əliyev, Nazir Talıbov (60 kq), İbrahim Əliyev, İsmayıl İbrahimov, Tofiq Əliyev (66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (73 kq), Zelim Tçkayev (81 kq), Vüqar Talıbov, Coşqun Abdullayev (90 kq), İmran Yusifov, Camal Feyziyevin (+100 kq) mübarizə aparması nəzərdə tutulub.

Turnirdə iştirak etmək üçün indiyədək 34 ölkədən 500-dən çox idmançı qeydiyyatdan keçib.

Xəbər 286 dəfə oxundu.