Azərbaycan Super Liqasının iki oyunu təxirə salınıb
Voleybol üzrə Azərbaycan Super Liqasının fevralın 22-də keçirilməli olan VIII turun oyunları “Azərreyl” – “Abşeron” və UNEC – “Murov başqa tarixə dəyişdirilib.

Səbəb “Azərreyl” və UNEC-in federasiyaya müraciət ünvanlamalarıdır.

Hər iki komandanın bir neçə əsas heyət oyunçusunun səhhətində problemlər yaranıb.

Həkim məsləhəti ilə əlaqədar bu oyunçular bir müddət məşq proseslərindən kənar qalmalıdırlar.

Bu müraciət əsasında Azərbaycan Super Liqasının VIII tur oyunları təxirə salınıb. Matçların tarixi və keçirilmə yeri ilə bağlı əlavə məlumat veriləcək.

Xəbər 280 dəfə oxundu.