“Pekin-2022” Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
“Pekin-2022” Qış Olimpiya Oyunları başa çatıb.

Oyunların bağlanış mərasimi Pekin Milli Stadionunda yalnız yerli azarkeşlərin iştirakı ilə keçirilib.

Mərasimdə 2026-cı ildə İtaliyanın Milan və Kortina-d Ampetso şəhərlərində təşkil ediləcək XXV Qış Olimpiya Oyunlarının rəsmi təqdimatı olub. Stadiondakı Olimpiya bayrağı endirilərək sözügedən şəhərlərin merlərinə təqdim edilib.

Rəsmi çıxışlardan sonra Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax Pekin olimpiadasını bağlı elan edib. Ardınca isə Olimpiya məşəli söndürülüb.

Xəbər 381 dəfə oxundu.