Qusarda 80 məktəbli badmintonun nəzəri və praktik biliklərinə yiyələnib
Azərbaycan Badminton Federasiyası ilə Dünya Badminton Federasiyasının birgə əməkdaşlığının nəticəsi olaraq “BWF Membership Grants” layihəsi çərçivəsində ölkəmizdə həyata keçirilən “Shuttle Time” proqramı bu dəfə Qusarda təşkil olunub.

Layihənin əsas məqsədi ölkəmizdə badmintonun kütləviliyinə nail olmaq, məktəblilər arasında bu idman növünə maraq oyatmaq və gənc badminton məşqçiləri hazırlamaqdır.

Qusar Olimpiya Kompleksində milli komandamızın baş məşqçisi Morteza Validarvi, məşqçilərimiz Vahid Quliyev və Ürfan Rzabəyli tərəfindən keçirilən təlimdə 80 məktəbli badmintonun nəzəri və praktik biliklərinə yiyələnib.

“Shuttle Time” proqramı Dünya Badminton Federasiyası, Avropa Badminton Konfederasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Xəbər 322 dəfə oxundu.