Azərbaycan idmançısı Ramin Sultanov “Eagle FC” liqasında növbəti qələbəsini qazanıb
“ASED Fighting Championship” (AFC ASED) liqasının 70,3 kiloqram çəki dərəcəsində ölkə üzrə birinci nömrəsi, “TT Fight Club”un təmsilçisi Ramin Sultanov Həbib Nurməhəmmədovun rəhbəri olduğu “Eagle FC” liqasında növbəti döyüşünə çıxıb.

Moskvada keçirilən “EFC-45” turnirində MMA döyüşçümüzün rəqibi yerli idmançı Dinislam Kamavov olub. Təmsilçimiz rəqibinə birinci raundda qalib gəlib.

R.Sultanov "Eagle FC" liqası ilə 4 döyüşlük müqavilə imzalayıb.
Peşəkar karyerasında məğlubiyyətsizlik seriyasını davam etdirən R.Sultanov EFC-də ilk döyüşündə də inamlı qələbə qazanıb.

Xəbər 308 dəfə oxundu.