Cüdoçumuz Zelim Kotsoyev “Böyük dəbilqə” turnirinin bürünc medalını qazanıb
Təl-Əvivdə keçirilən “Böyük dəbilqə” turnirində cüdoçumuz Zelim Kotsoyev bürünc medal qazanıb.

100 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz üçüncü yer uğrunda görüşdə Gürcüstan təmsilçisi Onise Saneblidzeni məğlub edib.

Bununla da, Azərbaycan komandasının qazandığı medalların sayı dördə çatıb.

Qeyd edək ki, bundan əvvəl çüdoçularımız Hidayət Heydərov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) qızıl, Yaşar Nəcəfov (66 kq) gümüş medal qazanıblar.

Xəbər 319 dəfə oxundu.