Muay-tayçılarımızın Avropa çempionatında nəticələri yüksək qiymətləndirilib
İstanbulda keçirilən muay-tay üzrə Avropa çempionatında Azərbaycan komandası uğurlu çıxışını davam etdirir.

Fevralın 19-da komandamızın üzvlərindən Murad Mehrəliyev (91 kq) yalnız finalda məğlub olaraq gümüş medalla kifayətlənib. Digər muay-tayçımız Rəvan Ağazadə türkiyəli idmançıya qalib gələrək finala vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan Muay-Tay Tayboks Federasiyasının prezidenti Azər Həsənsoy Avropa çempionatı zamanı Beynəlxalq Muay-Tay Federasiyasının baş katibi Stefan Foks və Türkiyə Muay-Tay Federasiyasının prezidenti Hasan Yıldızla görüşərək növbəti Avropa çempionatının təşkili barədə fikir mübadıləsi aparıblar. S.Foks və H.Yıldız Azərbaycan komandasının nəticələrini yüksək qiymətləndiriblər. Görüşdə A.Həsənsoy onlara Azərbaycanın musiqi alətləri suvenirlərindən ibarət hədiyyə təqdim edib.

Avropa çempionatı fevralın 20-dək davam edəcək.

Xəbər 389 dəfə oxundu.