Norveç yığması Qış Olimpiya Oyunlarında yeni rekorda imza atıb
Norveç yığması Qış Olimpiya Oyunlarında yeni rekorda imza atıb. Belə ki, Norveç komandası "Pekin-2022" Qış Olimpiya Oyunlarında 15 qızıl medal qazanıb.

Bu, “Ağ Olimpiadalar” tarixində yeni rekorddur. İndiyədək heç bir yığma Qış Oyunlarında bu qədər çempionluq yaşamayıb.

Əvvəlki rekord iki komandaya məxsus idi. "Vankuver-2010"da Kanada, "Pxençxan-2018"də Norveç 14 qızıl medal əldə edib.

Xəbər 372 dəfə oxundu.