“Pekin-2022”: Norveç yığması qızıl medallarının sayını 15-ə çatdırıb
Pekində keçirilən Qış Olimpiya Oyunlarının medal sıralamasında liderlik edən Norveç yığması qızıl medallarının sayını 15-ə çatdırıb.

Hazırda Norveç yığmasının hesabında 15 qızıl, 8 gümüş və 11 bürünc medal var və o, rəqibləri üçün demək olar, əlçatmazdır. Medalların sayına görə ikinci yerdə gedən Almaniya yığması hələlik 10 qızıl, 7 gümüş və 5 bürünc medal əldə edib. Üçüncü yerdə 8 qızıl, 8 gümüş və 5 bürünc medalla ABŞ komandası qərarlaşıb.

Oyunların ev sahibi - Çin idmançıları növbəti yarış günüdə uğurla çıxış edərək dördüncü yerə yüksəlib. İndi CXR yığmasının hesabında 8 qızıl, 4 gümüş və 2 bürünc medal var. İlk beşliyi İsveç komandası tamamlayır (7,5,4).

Yarışlarda indiyədək yalnız 28 ölkə medal qazanıb.

Xatırladaq ki, “Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən 2800-dən çox idmançı iştirak edir. Onlar idmanın 15 növü üzrə 109 dəst medal uğrunda mübarizə aparırlar.

Olimpiada fevralın 20-də yekunlaşacaq.

Xəbər 388 dəfə oxundu.