Şahmat üzrə Azərbaycan çempionu məlum olub
Naxçıvanda kişi şahmatçılar arasında Azərbaycan çempionatına yekun vurulub.

Finalda Misrətdin İsgəndərova qalib gələn Məhəmməd Muradlı qızıl medal qazanıb.

İsgəndərov gümüş medalla kifayətlənib.

Üçüncü yer uğrunda görüşün ikinci oyununda Vasif Durarbəyli Aydın Süleymanlı üzərində ikinci qələbəsini qazanıb və Azərbaycan çempionatının bürünc mükafatçısı olub. Süleymanlı 4-cü yeri tutub.

Qeyd edək ki, çempionatın ümumi mükafat fondu 22 min manat olub. Çempion 8 min manat qazanıb.

Xəbər 486 dəfə oxundu.