Hidayət Heydərov “Böyük dəbilqə” turnirinin qalibi olub
Təl-Əvivdə keçirilən “Böyük dəbilqə” turnirində cüdoçumuz Hidayət Heydərov uğurla çıxış edərək qızıl medal qazanıb.

73 kiloqram çəki dərəcəsində yarışa qatılan təmsilçimiz həlledici mərhələdə özbəkistanlı idmançı Obidxon Nomonovu məğlub edərək “Böyük dəbilqə” turnirinin qalibi adına layiq görülüb.

Qeyd edək ki, bundan əvvəl cüdoçumuz Yaşar Nəcəfov (66 kq) turnirin gümüş medalını qazanıb.

Xatırladaq ki, turnirə Azərbaycanın 9 cüdoçusu qatılıb.

Xəbər 786 dəfə oxundu.