Cüdoçumuz Hidayət Heydərov “Böyük dəbilqə” turnirində qızıl medal uğrunda mübarizə aparacaq
Təl-Əvivdə keçirilən “Böyük dəbilqə” turnirində cüdoçumuz Hidayət Heydərov finala vəsiqə qazanıb.

73 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz startda Oron Qiner (İsrail), daha sonra almaniyalı İqor Vandtkeyə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda idmançımız İsrail təmsilçisi Tohar Butbulu məğlub edərək finala yüksəlib. Onun həlledici mərhələdə rəqibi özbəkistanlı idmançı Obidxon Nomonov olacaq.

Qeyd edək ki, komandamızın aktivində hələlik bir medal var. Belə ki, komandamızın üzvü Yaşar Nəcəfov (66 kq) turnirin birinci günündə gümüş medal qazanıb.

Xatırladaq ki, turnirə Azərbaycanın 9 cüdoçusu qatılıb.

Xəbər 347 dəfə oxundu.