“Böyük dəbilqə”: Cüdoçumuz yarımfinala yüksəlib
Təl-Əvivdə keçirilən “Böyük dəbilqə” turnirinin ikinci günündə uğurla çıxış edən cüdoçumuz Hidayət Heydərov yarımfinala vəsiqə qazanıb.

73 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz startda Oron Qiner (İsrail), daha sonra almaniyalı İqor Vandtkeyə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, komandamızın aktivində hələlik bir medal var. Belə ki, komandamızın üzvü Yaşar Nəcəfov (66 kq) turnirin birinci günündə gümüş medal qazanıb.

Xatırladaq ki, turnirə Azərbaycanın 9 cüdoçusu qatılıb.

Xəbər 508 dəfə oxundu.