Uşaq badmintonçular arasında Bakı birinciliyinə yekun vurulub
Uşaq badmintonçular arasında Bakı birinciliyinə yekun vurulub.

Yarışın sonuncu günündə 2010-2011-ci il təvəllüdlü iştirakçılar arasında 5 kateqoriya üzrə mükafatçılar müəyyənləşib.

Oğlanların şəxsi yarışında Anar Hüseynov, qızlarda isə Leyla Camalzadə, qoşa oğlanlar arasında Anar Hüseynov, Ayxan Kərimzadə, qoşa qızların mübarizəsində Leyla Camalzadə, Nəzrin Mehrəlizadə və qarışıq qoşada isə Ayxan Kərimzadə və Leyla Camalzadə birinci yeri tutublar.

Azərbaycan Badminton Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən birinciliyin mükafatçıları diplom və medallarla təltif olunublar.

Xəbər 352 dəfə oxundu.