"Keşlə" klubunun iki baş məşqçisi eyni cəzaya məruz qalıb
"Keşlə"nin əvəzedici və 12 yaşadək futbolçulardan ibarət komandalarının baş məşqçiləri cəzalanıb.

Rüstəm Əliyev və Xəyyam Bəkirov hakimlər briqadasını təhqir etdikləri üçün diskvalifikasiyaya məruz qalıblar.

Əliyev I Divizionda “Zaqatala” ilə səfər matçının 79-cu dəqiqəsində hakimlər briqadasının ünvanına nalayiq ifadələr işlədərək, birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. AFFA İntizam Komitəsi ona 5 oyunluq cəza verib, klubunu 400 manat cərimələyib.

Bəkirov isə “Xocalı” komandası ilə səfər qarşılaşmasının 48-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Üstəlik, o, matç bitdikdən sonra yenidən meydana daxil olaraq, hakimi təhqir edib. İntizam Komitəsi baş məşqçini 3 oyunluq cəzalandırıb.

Xəbər 571 dəfə oxundu.