“Bakı”nın futbolçusu millinin düşərgəsində
“Bakı”nın futbolçusu George Popxadze milli komandasınn düşərgəsinə dəvət olunub. İdman.com.az-ın paytaxt təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi dünya çempionatı seçmə oyunları çərçivəsində baş tutacaq Belarus və İspaniya oyunlarında iştirak etmək üçün Gürcüstan yığmasına çağırılıb.
Oyunlar müvafiq olaraq, sentyabrın 7-də və 11-də keçiriləcək. Qeyd edək ki, Popxadze mövsümün əvvəlində “Bakı”ya transfer olunub.

Xəbər 866 dəfə oxundu.