Azərbaycan Ağır Atletika Federasiyasına yeni prezident seçiləcək | |
Fevralın 19-da Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransı olacaq. Gənclər və İdman Nazirliyinin inzibati binasında keçiriləcək toplantı saat 10:00-da start götürəcək. İclasda federasiyanın növbəti müddətə prezidenti, vitse-prezidentləri və İdarə Heyətinin üzvləri seçiləcək. Tədbirdən sonra mətbuat konfransı nəzərdə tutulub. Qeyd edək ki, AAAF-ın hazırkı prezidenti Cahangir Əsgərovdur. |
|
Xəbər 618 dəfə oxundu. |
|
|