Azərbaycanın UEFA reytinq cədvəlində mövqeyi dəyişməyib
Azərbaycanın UEFA reytinq cədvəlində mövqeyi dəyişməyib. Buna "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Fransada "Marsel"ə 1:3 hesabı ilə uduzması səbəb olub.

Azərbaycan yenə 17,000 xalla 26-cı pillədə qərarlaşıb. Əvəzində Şotlandiya (34,500) 9-cu, Danimarka (26,975) 15-ci, Çexiya (26,800) isə 17-ci pilləyə irəliləyib.

Rusiya (34,282) 10-cu, Türkiyə (26,900) 16-cı, Yunanıstan (26,700) və Xorvatiya (26,650) müvafiq olaraq 18-19-cu sıraya geriləyiblər.

Xəbər 475 dəfə oxundu.