UEFA Konfrans Liqası: "Qarabağ" səfərdə "Marsel"ə məğlub olub
Fevralın 17-də UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən "Marsel" - "Qarabağ" oyunu 3:1 hesabı ilə başa çatıb.

"Velodrom" stadionunda oynanılan qarşılaşmanın 41-ci dəqiqəsində meydan sahiblərinin hücumçusu Arkadiuş Milik hesabı açıb. Cəmi üç dəqiqə sonra A.Milik yenidən fərqlənərək dubla imza atıb. Lakin Ağdam təmsilçiləri 85-ci dəqiqədə vurulan qollardan birinin əvəzini çıxıb. Kadi Borges komandasının ilk qolunu vurub. Cəmi 7 dəqiqə sonra Dimitri Payet oyunda son nöqtəni qoyub - 3:1.

Matçı monteneqrolu FIFA referisi Nikola Dabanoviç idarə edib.

Ağdam təmsilçisinin heyətində Luka Quqeşaşvili, Qara Qarayev, Maksim Medvedev, Patrik Andrade, Abdullah Zubir, Filip Ozobiç, Kadi Borges, İbrahima Vadji, Toral Bayramov, Marko Veşoviç və Kevin Medina meydana çıxıblar.

"Marsel"in ilk onbirliyində isə Stiv Mandanda, Alvaro Qonsales, Babakar Kamara, Leonardo Balyerdi, Jerson, Arkadiuş Milik, Luan Peres, Cengiz Ünder, Konrad de la Fuente, Pap Quye və Pol Lirola yer alıblar.

Xəbər 270 dəfə oxundu.