Oğlanlar və qızlar arasında basketbol üzrə Nərimanov rayon yarışı keçirilib
Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən rayonun 212 nömrəli tam orta məktəbinin idman zalında Aprel döyüşləri şəhidi Mahir Mirzəyevin xatirəsinə həsr edilmiş oğlanlar və qızlar arasında basketbol üzrə yarış keçirilib.

Yarışda oğlanlar arasında 82 nömrəli tam orta məktəbin komandası birinci yeri tutub. Qızlar arasında keçirilən yarışda isə birinci yerə 193 nömrəli tam orta məktəbin komandası sahib olub.

Yarışın keçirilməsində məqsəd Aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevin xatirəsini yad etmək, məktəbliləri basketbol idman növünə cəlb edərək bu idman növünü daha da inkişaf etdirmək, onların sağlamlıqlarının qorunmasını təmin etməkdir.

Qalib komandalar idarə tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunublar. Sonda isə şəhidin atasına xatirə diplomu və Azərbaycan Respublikasının Dövlət Bayrağı təqdim edilib.

Xəbər 304 dəfə oxundu.