“Böyük dəbilqə”: Cüdoçumuz finala vəsiqə qazanıb
Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Təl-Əvivdə keçirilən “Böyük dəbilqə” turnirində uğurla çıxış edərək finala vəsiqə qazanıb.

66 kq çəki dərəcəsində mabarizə aparan təmsilçimiz ilk görüşdə ukraynalı Yevhen Honçarko, sonrakı qarşılaşmalarda İsrail cüdoçusu Eylon Barşeşet, ispaniyalı Alberto Martın, yarımfinalda isə Xerlen Qanboldu məğlub edərək finala yüksəlib.

Komandamızın digər üzvü Kəramət Hüseynov (60 kq) isə startda braziliyalı Ryan Konseysao, daha sonra Monqolustan təmsilçisi Sumiyabazar Enxtaivanı məğlub etsə də, yarımfinalda Qazaxıstan təmsilçisi Bauyrzhan Narbayevə uduzub. K.Hüseynov üçüncü yer uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, yarışda, 9 təmsilçimiz iştirak edir.

Xəbər 287 dəfə oxundu.