UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub
UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Bu ada Fransanın “Paris Sen-Jermen” klubundan Kilian Mbappe, İngiltərənin “Mançester Siti” komandasından Bernardu Silva, Avstriyanın “Zaltsburq” kollektivindən Məhəmməd Kamara, İngiltərənin “Liverpul” klubundan isə Vircil Van Dayk iddia edir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.

Xəbər 267 dəfə oxundu.