PFL ilə İAM arasında əməkdaq
Ötən mövsümün ən yaxşı oyunçuları və baş məşqçisinin seçimi sorğusu İdman Araşdırmalar Mərkəzinə həvalə olunub

2011-2012-ci il mövsümündə Premyer Liqada ən yaxşı oyunçular və baş məşqçinin seçimi məqsədilə sorğunun aparılması İdman Araşdırmalar Mərkəzinə (İAM) həvalə olunub. İdman.com.az saytının məlumatına görə, bu barədə Peşəkar Futbol Liqası (PFL) ilə İAM arasında razılıq əldə olunub.

Sorğu ötən mövsüm PFL-lə sıx əməkdaşlıq etmiş və çempionatın işıqlandırılmasında yaxından iştirak etmiş 40-dək mətbu orqan (hər mətbu orqandan 1 təmsilçi olmaqla) arasında 7 nominasiya üzrə aparılacaq.

Hər bir mətbu orqan bu nominasiyaların hərəsi üzrə 3 futbolçunun namizədliyini irəli sürəcək. 1-ci yerə 5 xal, 2-ci yerə 3 xal, 3-cü yerə 1 xal nəzərdə tutulub. Oyunçulara verilən xallar hesablanacaq və hər bir nominasiya üzrə qaliblər müəyyənləşəcək.

Qeyd edək ki, sorğu forması respondentlərə göndəriləcək.

Xəbər 1039 dəfə oxundu.