“Böyük dəbilqə” turnirinin birinci günündə 3 cüdoçumuz mübarizəyə başlayır
Bu gün cüdoçularımız Təl-Əvivdə keçiriləcək “Böyük dəbilqə” turnirində mübarizəyə başlayırlar.

Turnirin birinci günündə 3 tatami ustamız mübarizə aparacaq. Belə ki, Kəramət Hüseynov startda braziliyalı Ryan Konseysao, Balabəy Ağayev (hər ikisi 60 kq) isə Matan Kokolayev (İsrail) - Julio Delqado (Kuba) cütünün qalibi ilə qarşılaşacaqlar. Komandamızın digər üzvü Yaşar Nəcəfov (66 kq) ilk görüşünü ukraynalı Yevhen Honçarkoya qarşı keçirəcək.

Qeyd edək ki, yarışda, ümumilikdə 11 cüdoçumuz iştirak edəcək.

Dünyanın 34 ölkəsindən 300-ə yaxın idmançının qatılacağı turnirdə Azərbaycan komandasına baş məşqçi Mövlud Mirəliyev və böyük məşqçi Elçin İsmayılov rəhbərlik edirlər.

Xəbər 246 dəfə oxundu.