Azərbaycan idmançıları İstanbulda muay-tay üzrə Avropa çempionatında iştirak edirlər
İstanbulda muay-tay üzrə Avropa çempionatı keçirilir.

Ölkəmizi yarışda 13 kişi və 1 qadın idmançı təmsil edir.

Muay-tayçılarımız çempionatda Azərbaycan Muay-tay Federasiyasının prezidenti Azər Həsənsoy, yığma komandanın baş məşqçisi Fəxri Əliyev və məşqçi Elcin Eminovun rəhbərliyi altında mübarizə aparırlar.

Turnirdə beynəlxalq dərəcəli hakim Fərid Qarayev ve Ruzgari Həmidə də iştirak edirlər.

Çempionata fevralın 20-də yekun vurulacaq.

Xəbər 306 dəfə oxundu.