Yekaterina Ryabova Pekin-2022 Qış Olimpiya Oyunlarında final mərhələsinə vəsiqə qazanıb
Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova Pekin-2022 Qış Olimpiya Oyunlarında final mərhələsinə vəsiqə qazanıb.

19 yaşlı idmançı qısa proqramda 61,82 xala layiq görülüb və hazırda 10-cu sıradadır. Bu nəticə ilə idmançımız ən yaxşı 24 iştirakçı arasına düşməyi təmin edib. O, fevralın 17-də sərbəst proqramda mübarizə aparacaq.

Xəbər 615 dəfə oxundu.