Rumıniya futbolunda nadir hallarda görülən hesab qeydə alınıb
Rumıniya futbolunda nadir hallarda görülən hesab qeydə alınıb. Ölkə kubokunun IV mərhələsinin bir oyununda 31 qol vurulub.
Belə ki, 3-cü liqada çıxış edən “Berçeni” və 2-ci liqa təmsilçisi “Buftea” arasında oynanılan matçda “Berçeni” 31:0 hesablı qələbə qazanıb. İlk 45 dəqiqədə 12, ikinci yarıda isə 19 qol vurulub.
Qeyd edək ki, “Buftea”nın əsas heyət oyunçuları bu oyunda meydana çıxmaqdan imtina ediblər. Bu səbəbdən komandanın heyətində 17-19 yaşlı futbolçular forma geyinib.

Xəbər 1028 dəfə oxundu.